Siyasət

Gorus icma rəhbəri: “Hətta ən millətçi erməni də gedib SOCAR-dan yanacaq alacaq”

Gorus icmasının Şurnux qəsəbəsi müharibədən sonra erməni və azərbaycanlılar arasında bölünmüş Gorus-Qafan yolunda Azərbaycan keçid məntəqəsi quraşdırıldıqdan sonra Şurnux üçün alternativ yol hələ açılmamış yarımblokada vəziyyətinə düşüb.

Qaynarinfo xəbər verir ki, bu sözləri Şurnuxun inzibati rəhbəri Hakob Arşakyan deyib.

O, kəndin bir hissəsində yerləşən azərbaycanlıların artıq bütün tikinti işlərini başa çatdırdıqlarını və orada qalmaqda davam etdiklərini deyib:

“Lakin azərbaycanlılar təxribat törətmirlər. Azərbaycan hərbçiləri orada öz yerlərindədir, aqressiv hal müşahidə olunmur, amma bu necə olub ki, azərbaycanlılar orda bizimkillərlə eyni statusdadırlar? Azərbaycanlılar özlərinə lazım olanı edib, bizimkilər isə susurlar”.

Arşakyan Karmrakar bölməsində də Azərbaycan hərbçilərinin olduğunu bildirib:

“Lakin Ermənistan MTN-nin sərhəd qoşunları da orada dayanıb, yoldan keçənləri izləyirlər, lazım gələrsə, inzibati rəhbərlərdən qəsəbə sakinlərinin keçib-keçmədiyini öyrənməyə çalışırlar.

O hissədə yolu azərbaycanlılar bağlamır, orada ancaq sərhəd qoşunlarımızla qarşılaşırıq, soruşurlar ki, hara gedirsən və nə üçün? Onlar məcburdurlar sorğu-sual etməyə, çünki məlumat almaq istəyirlər. Bizim Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sakinlərimizi sorğu-sual etdikdən sonra, əgər mənim sakinlərimdirsə, mənə zəng edirlər, əgər vorotanlıdırlarsa, oranın icma rəhbrinə zəng edirlər. Ordakı yolda hərəkət var, azərbaycanlılar nə yolun bu tərəfinə keçir, nə yolu kəsirlər, amma hələ də oradadırlar.

İcma rəhbəri Gorus-Qafan yolunda azərbaycanlıların keçid məntəqəsi Bardzravan, Vorotan və Şurnux üçün ciddi problemlər yaratdığını deyib:
“Bardzravana alternativ yol var, o da Tatev-Ağvan yolu ilə kəsişməlidir. Şurnuxun yol məsələsi hələ də həllini tapmayıb.

Xüsusən hələ də Şurnux yolunun tikintisinə başlanılmayıb, lakin Bardzravan yolunun tikintisi başlayıb, nə vaxt bitəcəyini bilmirəm, indi torpaq işləri aparılır. Əgər yağış olmasa, yol işləyəcək, hələliksə M2-dən istifadə edə bilirik.

Sünik rayonunun Gorus-Qafan yolunu tutan azərbaycanlılar nəinki gömrük məntəqəsi yaradıblar, hətta Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqəsini də açıblar. Onlar bu yolla, ucuz yanacaqla iranlı sürücüləri cəlb etməyə çalışırlar, lakin təəssüflə qeyd edirəm ki, həmin yanacaq məntəqəsindən goruslular da mütləq istifadə edəcəklər.

Burda yalnız İran sürücüləri yox, hətta ən ermənipərəst Gorus sakini bu məntəqədən yanacaq alacaq. Əgər belədirsə, mən də təklif edirəm ki, bizimkilər yolun Vorotandan Gorusa qədər sərhədçilərimizin dayandığı hissəsi Qarahuncun altından keçsinlər, oradan M2-ni bağlasınlar ki, “vətən sevər” adlanan Gorus sakini həmin məntəqədən qaz, yanacaq almağa getməsin və gətirib satmasın.

İlin sonunda demarkasiya və delimitasiya işlərinə başlanacaq. Mən elektron xəritə ilə inzibati ərazilərinin sərhədlərini müəyyənləşdirilməsi gününü xatırlayıram. Əmin edirəm ki, Baş Qərargahın xəritələri ilə demarkasiya aparılsa, kənd tamamilə ermənilərə qalacaq, Azərbaycanın təklif etdiyi elektron xəritə ilə isə 4-5 metrlik hissə Azərbaycana keçməli olacaq.

Nə qədər sülh dövründən, yan-yana yaşamaqdan danışsalar da, bu, nəticə verməyəcək.

Onlarla bizim sülh şəraitində yaşamağımız mümkün deyil. Sülh anlayışı və yeni mərhələ heç bir düzgün düşünən və ali təhsilli erməni adamı üçün mümkün deyil və əgər qarşımızda azərbaycanlılar dayansa, bu da mümkün olmayacaq”.

Bənzər yazılar

Back to top button