Cəmiyyət

Sumqayıt Dünya məktəbi – Dünyaya açılan pəncərə (FOTO)

“Xəzər” Universitetinin nəzdində olan Sumqayıt Dünya məktəbinin faəliyyəti son vaxtlar şəhər sakinlərinin diqqətini çəkməkdədir. Yüksək təchizatlı sinif otaqları, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, peşəkar müəllim kollektivi və eyni zamanda təhsilə olan fərqli yanaşması ilə seçilən məktəb şagirdlərinin inkişafına təkan vermək üçün maraqlı görüşlər keçirir, müxtəlif seminarlar, mastrer-klasslar təşkil edir. Eyni zamanda Dünya məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-2013-cü tədris ilində “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür.

Burada övladlarınız məktəbəqədər hazırlıq sinfindən etibarən 11-ci sinfə qədər yüksək səviyyəli təhsil almaq imkanına malikdir. Sumqayıt Dünya məktəbində Azərbaycan, Rus və İngilis bölmələri fəaliyyət göstərir. Azərbaycan və rus bölmələrində ingilis dili ikinci dil kimi beynəlxalq standartlara uyğun tədris olunur və həmin bölmələrin ibtidai siniflərində də Beynəlxalq Bakalavr təşkilatının ibtidai təhsil proqramı tətbiq edilir.

İngilis bölməsini bitirən şagirdlər Azərbaycanda və eyni zamanda dünyanın digər ölkələrində universitetlərə imtahansız qəbul olmaq imkanı əldə edir. Burada şagirdlərin təhsili ilə bərabər emosional və fiziki inkişafına da xüsusi diqqət ayrılır. Hazırda şahmat, üzgüçülük, rəqs, rəsm, musiqi, texnologiya, informatika-robotix dərsləri və digər seçmək imkanına malik olduğunuz dərnəklər şagirdlərin ixtiyarına verilib. Əlavə olaraq övladlarınız burada Koreya, Çin, Alman dillərini də yüksək səviyyədə öyrənə bilər. Sumqayıt Dünya məktəbinin hədəfi ünsiyyətcil, açıqfikirli, balanslı, prinsipial, qayğıkeş, mühakimə edən, düşünən, araşdıran, risk edən və bilikli şəxsiyyətlər yetişdirməkdir.

Məktəbin zəngin kitabxanası dünya və Azərbaycan ədəbiyyatı incilərini şagirdlərinə əlçatan edir. Məktəbə qəbul müsabiqə əsasında keçirilir. Müsabiqədə şagirdlərin təhsil aldıqları sinfə uyğun bilik səviyyəsi, sağlamlığı, maraq dairəsi əsas götürülür. Müsabiqədə yüksək nəticə göstərən şagirdlərə güzəştli şərtlərlə təhsil almaq şansı verilir.  Bir sözlə Dünya məktəbinin şüarında olduğu kimi Dünya məktəbi, dünyaya açılan pəncərədir.

Bənzər yazılar

Back to top button