İdman

“İnanıram ki, Çempionlar Liqasını qazanacağıq” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe klubunun bu mövsüm Çempionlar Liqasını qazanacağına ümid edir.

Fanat.az xəbər verir ki, bu barədə futbolçu “La Parisien” nəşrinə açıqlamasında bildirib:

“Bəzi oyun detallarını təkmilləşdirməli və bu kuboku almağa çalışmalıyıq. Son bir-iki mövsümdə heyəti xeyli gücləndirmişik, bir sıra həlledici addımlar atmışıq, klub bu istiqamətdə ciddi işlər görür. Çempionlar Liqası kubokunu qazanmağı planlaşdırırıq. Ümid edirəm ki, bu mövsüm uğurlu olacaq. Bizə şans lazımdır. İnanıram ki, Çempionlar Liqasını qazanacağıq. Hamı bunu xəyal edir. Öz işlərində ən yaxşılardan olan böyük futbolçularımız var”.

Xatırladaq ki, Mbappe PSJ-nin heyətində keçirdiyi 93 oyuna 85 qolla yadda qalıb.

Qeyd edək ki, Kilian Mbappenin mövsümün sonunda PSJ-dən ayrılacağı iddia olunur. Onun “Real Madrid”ə keçəcəyi gündəmdədir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button