Hadisə

Muxtar Babayev bu eybəcərliyi görmür? – ÖZBAŞINALIQ!

Ölkəmizdə və ən əsas da cənubda meşələrimiz, çaylarımız, bir sözlə flora və faunamız “ekoloji soyqırıma” məruz qalır. Bu ekoloji soyqırım axır zamanlar daha da aktivləşib və yerli Ekologiya işçilərinin razılığı və əli ilə həyata keçirilir.

AzToday.az bildirir ki, bu barədə azinfo.tv sayıt məlumat yayıb.

Redaksiyamıza şikayət verən şikayətçilərin dediyinə görə, bu ekoloji terrorun başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə durur.
Hazırda həmişə ki, kimi Masallı şəhəri ərazisindən keçən “Viləşçay”ın yatağı 1 saylı Regional Ekologiya İdarəsinin rəisi Şakir Qliyevin əli ilə qazılaraq kərpic zavod və vətəndaşlara satılır. Tək “viləşçay”ın yatağı deil, hətta Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm Ismiyevin razılığı ilə dövlət meşə fondu torpaqları da qazılıb satılmaqdadır.

Görəsən aidiyyatı orqanlardan bu cinayətkar dəstəyə “dur” deyən tapılacaqmı?!.

Görünür, bu cinayətkar dəstə Ekologiya naziri Muxtar Babayevdən lazımınca istifadə edir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bənzər yazılar

Back to top button