Hadisə

Sabiq polis rəisi şərikini gülləboran etdi – BAKIDA ATIŞMA

Bakının Sabunçu rayonunun sabiq polis rəisi Rza Hacıyev öz şərikini gülləboran edib.

Criminal.az saytının əldə etdiyi məlumata görə, hadisə dekabrın 16-da Pirşağı qəsəbəsində baş verib.
R.Hacıyev Bakının məşhur “Bədo” restoranında şəriki olan Şirzad adlı şəxsin “Lexus” markalı avtomobilinə “Kalaşnikov” avtomatından atəş açıb.

Məlumata görə, silahlı insident zamanı xəsarət alan olmayıb. Atışmanın şəriklər arasında pul söhbəti üstündə baş verdiyi deyilir. İnsidentlə bağlı rəsmi qurumlar hələlik heç bir açıqlama verməyib. Xatırladaq ki, bir neçə il əvvəl R. Hacıyevin adı Türkiyədə tanınmış iş adamı Telman İsmayılova məxsus oteldə qadın qətlə yetirməkdə hallandırılmışdı. “Musavat.com” saytının yazdığına görə, Antalyadakı “Mardan Palase” otelində R. Hacıyevin tanışı olduğu bildirilən 24 yaşlı Arzu Zeynalovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Məlumatda o da qeyd olunmuşdu ki, R. Hacıyevin döyərək öldürdüyü A. Zeynalova Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşının qızıdır. R.Hacıyev özü yayılan məlumatları təkzib etmişdi.

Onu da əlavə edək ki, R.Hacıyev Milli Qəhrəman Əlfi Hacıyevin qardaşı, sabiq daxili işlər naziri Ramil Usubovun qohumudur.

Bənzər yazılar

Back to top button