Hadisə

Eldar Əzizov qalmaqallı sabiq məmura vəzifə verdi – İki təyinat

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Kommunal Xidmətlər Müəssisəsinə yeni direktor təyin edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə müxtəlif pozuntularda adı hallanan Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Ramsin Abdullayev Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru təyin olunub.

İcra başçısının digər əmri ilə Səbail bələdiyyəsinin sabiq sədri, 71 saylı Masallı kənd seçki dairəsindən depuatlığa namizəd olmuş Firdovsi İbadulla oğlu Cəbrayılov Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.

Qeyd edək ki, Kommunal Xidmətlər Müəssisəsinin sabiq direktoru Hüseynov İlqar Sarı oğlu bir müddət əvvəl Eldar Əzizovun kürəkəni, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin müavini təyin olunmuşdu.

Bənzər yazılar

Back to top button