Hadisə

Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi (RƏSMİ)

Bakıda avtomobilə odlu silahdan atəş açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Araşdırma aparılır.

Qeyd edək ki, Rza Hacıyev Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşıdır. O, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olub. Rza Hacıyev dekabrın 16-sı gecə 12 radələrində Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin “Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.

Bənzər yazılar

Back to top button