Dünya

Bu ölkədə dərslər koronavirusa görə avqusta qədər dayandırıldı

Küveytdə orta və ali təhsil müəssisələrində koronavirusa görə dərslər avqusta qədər təxirə salınıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Küveyt hökumətinin sözçüsü Tarık Əl-Mezram açıqlama verib. O, bildirib ki, ölkə ərazisindəki bütün təhsil müəssisələrində tətil avqustun 3-dək davam edəcək.

Bundan əvvəl isə ölkədə martın 21-dək tətil elan olunmuşdu.

Bənzər yazılar

Back to top button