İqtisadiyyat

Bakı icra hakimiyyətinin portaldan gizlətdiyi tender – 1 milyon manatlıq müqavilə bağlayıb

Baki şəhər icra hakimiyyətinin Baki şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi kommunal-kommunikasiya xətlərinin təmiri işlərinin satın alınması üzrə iyunda elan etdiyi tenderin nəticəsini 6 ay sonra (işlərin bitməsinə 14 gün qalmış – Fed.az ) açıqlayıb.

Fed.az xəbər verir ki, tenderdə “Star Construktion-12” QSC (VÖEN 1004166441) şirkəti qalib gəlib. Qalib şirkətlə 1 milyon 137 min manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, Bakı icra hakimiyyətinin bu tenderi dövlət satınalmaları üzrə portalda yerləşdirilməyib.

Bənzər yazılar

Back to top button