ManşetSiyasət

Naxçıvan TV rəhbərinin milyonluq mülkləri açıqlandı (FOTO)

Oğuz yurdunun yarıerməni idarəçiləri…

Xəbər verdiyimiz kimi, Naxçıvanda Xalq artisti Həsən Ağasoy repressiyaya məruz qalıb. Xalq artistini “WhatsApp” platformasında paylaşdığı bir statusa görə muxtar respublika rəhbərliyinin tapşırığı ilə qanunsuz şəkildə işdən çıxarıb cəzalandırıblar. Bundan sonra ona qarşı repressiyalar başlayıb, hətta Naxçıvan televiziyasının arxivindəki onun iştirakı ilə çəkilən sənədli və televiziya filmlərindən, teatr tamaşalarından Həsən Ağasoyun izini siliblər. Bu işdə “Naxçıvan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli xüsusi canfəşanlıq edib.

Bəs bu Sahil Tahirli deyilən adam kimdir?

Ovqat.com bu sual ətrafında kiçik bir araşdırma aparıb və bəzi böyük mətləbləri üzə çıxarıb.

Sən demə, Naxçıvan televiziyasının şefi (Səhmdar Cəmiyyətin əməkdaşları onu məhz belə adlandırırlar) muxtar respublikanın “boz kardinal”ı, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun əsas adamlarından biri imiş. “Boz kardinal” Naxçıvanda hansı məmuru gözdən salmaq istəyirsə, bu işi Sahil Tahirlinin əli ilə həyata keçirir. “Boz kardinal”la hesablaşmaq istəməyən, ona tabe olmaqdan boyun qaçıran iri məmurlar barədə Naxçıvan televiziyasında silsilə tənqidi materiallar efirə verilir (Bir çox hallarda material hazırlanıb “xan həzrətlərinə” təqdim olunur, ancaq efirə verilmir), beləliklə həmin məmur gözdən salınır, sonrakı mərhələdə isə işdən çıxarılır. Azər Zeynalov indiyədək kifayət qədər intellektli, savadlı, vətənpərvər adamları beləcə məhv edib. Başqa sözlə, Həsən Ağasoy onun və donosçusunun ilk qurbanı deyil, bu gedişlə sonuncu da olmayacaq.

Sahil Tahirlinin paytaxtdakı bağlantılarına gəlincə, mənbəmizin bildirdiyinə görə, o, Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun rəhbəri Ramiz Mehdiyevin komandasının üzvüdür. Yüksəlişi də Ramiz Mehdiyevin xeyir-duası ilə başlayıb.

İddialara inansaq, Sahil Tahirli Ali Məclisin Aparatının bundan əvvəlki rəhbəri Əli Həsənovun “kəşfidir”. Hələ “Şərq qapısı” qəzetində sıravi jurnalist işlədiyi zamanlar Naxçıvan MR-in o dövrdəki “boz kardinalı” vəzifəsini icra edən Əli Həsənovla tanış olan Sahil Tahirli qısa müddətdən sonra Ali Məclis Aparatına transfer olunur. O, 2006-cı ildə Aparatın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi vəzifəsinə gətirilir. Bununla da Sahil Tahirlinin karyerasında dönüş başlayır. Bir ildən sonra, 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının üzvü vəzifəsinə təyin olunan gənc jurnalist faktiki olaraq həmin telekanalın sədri funksiyasını yerinə yetirir.
2011-ci ildə isə Naxçıvan Muxtar Respublikasının baş ideoloquna çevrilir və Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunur. Baş ideoloq işlədiyi 2 il müddətində Əli Həsənovun yanında “5-ci kolon”un məktəbini uğurla bitirib, bütün sınaqlardan “üzüağ” çıxan qəhrəmanımız 2013-cü ildə yenidən Naxçıvan TV-yə göndərilir. Bu dəfə rəsmi olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə. İndiyədək orada onun-bunun ayağının altını qazmaq sahəsində “alın təri” tökür.

Bildirildiyinə görə, Sahil Tahirlini Azərbaycanın “boz kardinalı”na birləşdirən başqa tellər də var. Məlum olduğu kimi, Ramiz Mehdiyevin şübhəli qohumluq əlaqələri mövcuddur. Bir çoxları “boz kardinal”ın yoldaşının milli mənsubiyyət baxımından hətta erməni olduğunu iddia edirlər. Maraqlıdır ki, Sahil Tahirli barədə də bənzər iddialar irəli sürülür, nənəsinin erməni olduğu bildirilir. Qəribəsi budur ki, “Cənab Sədr” Vasif Talıbovun təbirilə desək, əsl Oğuz yurdu olan Naxçıvanın hakimiyyət dairələrində bu cür qarışıq ailələrdən gələn çox sayda məmurlar fəaliyyət göstərir. Hətta Naxçıvan MR-ın Nazirlər Kabinetinin rəhbəri, yəni Baş naziri Səbuhi Məmmədovun da həm ata, həm də ana tərəfindən nənələrinin erməni olduğuna dair söz-söhbətlər dolaşır. Naxçıvanda qanı ermənilərlə qarışıq olanların sanki qəsdən rəhbər vəzifələrə çəkilməsi ənənəsinin Ramiz Mehdiyevin xüsusi tapşırığı ilə həyata keçirildiyi də irəli sürülən iddialar arasındadır. Siyasi idarəetmə orqanlarında xüsusilə belə şəxslərə üstünlük verilməsinin sirri isə, təbii ki, yalnız “ümummilli boz kardinal”a agahdır və ümid edirik ki, Azərbaycan rəhbərliyi bu müəmmanın səbəbini cənab Ramiz Mehdiyevdən və ya Naxçıvan “xanı” Vasif Talıbovdan soruşacaq.
Sahil Tahirlinin qardaşı Rahil də Naxçıvanda əli pulla oynayan şəxslərindəndir. Onun Naxçıvan MR Dövlət Gömrük Komitəsində mühüm bir vəzifədə işlədiyi bildirilir.

Göründüyü kimi, müəmmalı şəxsi keyfiyyətlərə malik olan Sahil Tahirli qısa müddət ərzində yüksək vəzifədən daha yüksək vəzifələrə horppanaraq (Hoppanmaq Muxtar Respublika məmurlarının adətkərdə olduqları ən önəmli özəlliklərdəndir) Naxçıvan teleradiosunun rəhbəri zirvəsinədək yüksələ bilib. Mənbəmiz onun bu yüksəlişində Naxçıvan MR-in keçmiş “boz kardinalı” (Ali Məclis Aparatının rəhbəri) Əli Həsənovun mühüm rol oynadığını iddia etsə də, görünən budur ki, Sahil Tahirli öz himayədarından daha “bərkqabıqlı”dır. Bildirilir ki, müəmmalı fəaliyyəti ucbatından Bakıdan gələn israrlı tələblərdən sonra Əli Həsənov 2019-cu il may ayının 20-də öz postundan qovulub, amma himayədarının bu fəlakəti nədənsə Sahil Tahirlidən yan keçib. Çünki Əli Həsənovun yerinə gətirilən yeni “boz kardinal” Azər Zeynalov da “5-ci kolon”un sadiq təmsilçisidir və yəqin ki, AMEA-dan gələn xüsusi tapşırıqla Sahil Tahirlini qanadı altına alıb.
Naxçıvan teleradiosunda çalışan əməkdaşlardan birinin Ovqat.com-a bildirdiyinə görə, Sahil Tahirli öz peşə borcunu da xüsusi kobudluqla həyata keçirir: “O, teleradio işçilərinə qan udurur, onları təhqir edir, əməkdaşılara çatacaq qonorarı kəsərək mənimsəyir. Bundan başqa, Sahil Tahirli rayon icra başçılarından, bir sıra nazir və komitə sədrlərindən hər ay haqq alır. Onlar da “Boz kardinala” yaxın olduğunu bildiklərindən “dinmə ver” prinsipinə əməl edirlər”.

Əlbəttə ki, o, külli miqdarda olan vəsaiti tək mənimsəyə bilməz. Bayaq da qeyd etdiyimiz kimi, S.Tahirlinin Azər Zeynalov kimi güclü bir ortağı vardır. İnformasiya mənbəmiz Sahil müəllimin korrupsiyaya bulaşmasını olduqca sadə məntiqlə əsaslandırır: “Əgər Sahil Tahirli korrupsiyaya bulaşmayıbsa, Naxçıvan şəhərinin Əlincə məhəlləsində ( 3-cü mikrorayon deyilən ərazidə) yanaşı iki villanı, Naxçıvan teleradiosunun binası ilə üzbəüz yaşayış binasında 3 otaqlı mənzili, Şahbuz rayonunun Kükü kəndində villanı və bağ evini (Həmin villa çay kənarında yerləşir, onun “besetka”sı isə çayın üstündə qurulub), Naxçıvan Vergilər Xidmətinin arxasındakı binalardan birində 3 otaqlı mənzili, Bakı şəhərindəki 3 otaqlı mənzili necə əldə edib? Naxçıvan teleradiosunun şefinin sadaladığımız mülklərinin dəyəri yarım milyon manatdan çoxdur.
İndi sual olunur; aylıq 1300-1500 manat əməkhaqqı ilə cənab Tahirli bu varidata necə sahib olub? Naxçıvan teleradiosu gömrük deyil, vergilər orqanı deyil, minlərlə işçisi olan təhsil, səhiyyə və mədəniyyət nazirliklərindən biri deyil ki, yeyinti üçün kifayət qədər vəsait olsun. Bəs bu var-dövlət hardandır?”

Mənbəmizin bildirdiyinə görə, Naxçıvan teleradiosunun rəhbəri olanadək Sahil Tahirlinin Naxçıvan şəhərində birmərtəbəli yarımçıq mənzili, “Hyundai İ 20” markalı köhnə avtomobili olub. İndi isə o, 40 min manatlıq avtomobil sürür. Təbii ki, bu qədər var-dövləti Sahil Tahirli hər ay aldığı 1500 manatlıq maaşla əldə edə bilməzdi.

“Hələ biz cənab Tahirlinin kabinetindən çıxmayan bir sıra işçilərinə aldığı bahalı hədiyyələri demirik. Etik olmadığından bəzi məsələləri işıqlandırmaq istəmirik. Ancaq elin ağzı çuval deyil ki, yığısan. Teleradio sədrinin bir sıra qeyri-etik əməlləri barədə nəinki işçilərin, hətta muxtar respublika rəhbərliyinin də məlumatı vardır. Ancaq bu məlumatlar “Boz kardinal” Azər Zeynalovdan və Tahirlinin kirvəsi, Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynlidən keçib “xan həzrətləri”nə gedib çatmır”, – mənbəmiz belə deyir.

Ülvi Hüseynli (Sahil Tahirlinin yeni hamisi)
Mənbəmizin iddiasına görə, son zamanlar hamiləri də Sahil Tahirlinin bu əməllərindən beziblər və onu daha gizlədə bilmirlər: “Bildiyimə görə, bu günlərdə Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynlinin qəfil Naxçıvan teleradiosuna gedərək iclas keçirib, Tahirlinin şəxsi səbəblərdən efirə çıxmağa qadağa qoyduğu televiziyanın qadın əməkdaşını efirə qaytarıb və gecə ilə işçiləri işə çağırtdırıb efir proqramını dəyişdirib. Bütün bunlar Sahil Tahirli üçün yaxşı perspektivlərdən xəbər vermir.

Korrupsiyaya bulaşaraq bu qədər var-dövlət əldə edən, başı eyş-işrətə qarışan, buna görə də gözü qıpıqlaşan teleradio rəhbərinin Xalq artistinə qarşı repressiya əməliyyatında canfəşanlıqla iştirak etməsi təəccüblü deyil. Ümumiyyətlə, Naxçıvandan aldığınız heç bir məlumat artıq sizi təəccübləndirmir. Çünki xalqa zülm edən nə qədər iyrənc hadisələr varsa, hamısı Naxçıvanda baş verir. Naxçıvanlılar isə ümidlə bölgənin xanlıq rejimindən xilas olunacağı günü gözləyirlər”, – mənbəmiz bu cümlələrlə fikirlərini yekunlaşdırdı.

Bənzər yazılar

Back to top button