AnalitikaManşetSiyasət

Laçında sərhəd və gömrük postu qurmaq üçün Azərbaycan nə etməlidir? (ŞƏRH)

Zəngəzur və Laçın yollarının rejimini eyniləşdirmək həm texniki, həm taktiki, həm hüquqi, həm psixoloji, həm də strateji baxımdan yanlışdır.

Bu eyniləşdirməni ifadə etməsini Azərbaycan prezidentinə məsləhət edən müşavirlər səhv məsləhət veriblər!!! Eyniylə qələbə gününün 10 noyabr tarixi olması təklifi kimi!

Ümid edirəm ki, cənab prezident Zəngəzur və Laçın yolu eyniləşdirməsini bir daha etməz!!!! Hələ bunu “Laçına sərhəd və gömrük postları qurmaq üçün taktik bir həmlə kimi” görməyə və müdafiə etməyə heç ehtiyac yoxdur, çünki daha başqa doğru və güclü həmlələrimiz var. Sadəcə ikisini aşağıda yazıram.

NƏ ETMƏLİ?

I. Ermənistanın Zəngəzur yolunun təhlükəsizliyini təmin etməsi 10 noyabr bəyannaməsində tənzimlənmiş bir mövzudur. (maddə 9) Biz isə bunu həyata keçirmək üçün texniki, taktiki, hüquqi, psixoloji və strateji baxımdan Zəngəzur yolunun hüquqi rejimini Gorus-Qafan yolundakı 21 km yolla, Kərkidən keçən Ermenistan daxilindəki M2 yolu və Qazağın işğal altında qalan Aşağı Əskipara kəndindən keçən yolla müqayisə etməli və bunlarla eyni şəkildə tənzimlənməsini istəməliyik. Bu həm texniki, həm hüquqi, həm taktiki, həm psixoloji, həm də strateji baxımdan ən doğru olandır!!!

II. Laçın sərhədində sərhəd və gömrük postları qurulması isə Azərbaycanın müstəqillik və ərazi bütövlüyü prinsiplərinə söykənən suveren hüququdur.(beynəlxalq hüquqda bu cür hüquqa ən yuxarı iyerarxiyaya malik “jus cogens” nitəlikli qayda deyilir) Belə ki, beynəlxalq hüquq, BMT-nin qətnamələri, ATƏT Minsk qrupundakı müzakirə prosesi, başda prezident Putin olmaqla Rusiya rəsmiləri Laçının Azərbaycan torpağı olduğunu bütün doğrudan və dolaylı bəyanatlarında və açıqlamalarında qəbul ediblər. Bundan başqa Laçın yolunun mövcud durumunu tənzimləyən 10 noyabr 2020 tarixli bəyanat da aşağıdakı məqamlar çərçivəsində Laçının Azərbaycan torpağı olduğunu həm Rusiyanın, həm də Ermənistanın qəbul etdiyini aşağıdakı məqamlar çərçivəsində açıqca ortaya qoymaqdadır:

1. 10 noyabr bəyannaməsi Azərbaycanın beynəlxalq hüquqa uyğun istəyi çərçivəsində Ermənistan işğal qüvvələrinin Laçını tərk etməsini və bu rayonun Azərbaycana qaytarılmasını tənzimləyərək, bu rayonun Azərbaycan ərazisi olduğunu qəbul etmişdir. (maddə 6)
2. 10 noyabr bəyannaməsi Azərbaycanın tək başına sülhməramlıların səlahiyyətlərini sona çatdırılması hüququnu net qəbul edərək, mövcud durumun müvəqqəti olduğunu və bu bölgənin Azərbaycan ərazisi olduğunu qəbul etmişdir. (maddə 4) Bunun belə olduğunun ən açıq nümunəsi isə rəsmi Moskvanın Laçında da olan Rus sülhməramlılarının statusu ilə bağlı hüquqi və siyasi müzakirələri sadəcə Azərbaycanla aparmasıdır.
3. 10 noyabr bəyannaməsi Laçında təhlükəsizliyin təminatçısı kimi Azərbaycanın olduğunu vurgulayarak da Laçını “koridor” daxil Azərbaycan torpağı kimi qəbul etmişdir. (maddə 6)
4. Digər tərəfdən sərhədlərin demarkasiya və delimitasiya ilə bağlı aparılan bütün müzakirələrdə prosesin sovet xəritələri ilə aparılacağı qeyd edilməkdədir. Bütün sovet xəritələrində isə Laçın rayonunun ərazisi və bu çərçivədə Ermənistanla sərhəd hissəsi də bütünüylə Azərbaycana aitdir.

Beynəlxalq hüquqda dövlətlərin oz ərazilərinə girişdə sərhəd və gömrük postları qurması dövlətin suverenlik hüququna ait olan əsas qaydadır. (Jus Cogens) Bunun nə şəkildə qurulacağına dair əsas söz də ələqadar dövlətə aid bir haqqdır. Biz bu hüququ son olaraq Eyvazlı və Çayzəminlidə qurduğumuz sərhəd və gömrük postlarında istifadə etdik, başda Ermənistan, Rusiya və İran olmaqla hər kəs də bunu qəbul etdi!

Bu konteksdə Azərbaycan dövləti Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu hissənin tamamında sərhəd və gömrük postları qurma hüququna malikdir. Azərbaycan dövləti Rusiya sülhməramlılarının statusuna dair müzakirələrdə bu mövzunu müzakirə edərək sərhəd və gömrük postları ile yanaşı Rus sülhməramlılarının da olmasının tənzimlənməsini həyata keçirə bilər. Hazırda başda Şuşa ətrafı olmaq üzrə Qarabağa müxtəlif yerlərdə Azərbaycan ilə Rusiya hərbçilərinin bir birinə yaxın vəya müəyyən ortaqlıq etdiyinin nümunələri var. Bu nümunənin bir bənzərini Laçında sərhəd postunda həyata keçirmək mümkündür və lazımdır!!!

Bu izahlar çərçivəsində LAÇINDA SƏRHƏD VƏ GÖMRÜK POSTU QURULMASI AZƏRBAYCANIN BEYNƏLXALQ HÜQUQDAN DOĞAN ƏN TƏBİİ HAQQIDIR. AZƏRBAYCAN TƏRƏFİ SADƏCƏ LAÇIN RAYONUNDA SƏRNƏDDİN DƏQİQLƏŞDİRMƏ (DEMARKASİYA) VƏ NİŞANLANMASI (DELİMİTASİYA) PROSESİNİ ƏLƏQADAR KOMİSSİYADA MÜZAKİRƏ EDƏR. AZƏRBAYCAN ONDAN SONRA İSƏ SƏRHƏD VƏ GÖMRÜK POSTUNUN HARADA QURULACAĞINA İSƏ ÖZÜ QƏRAR VERİR, ANCAQ BU MƏQAMDA PRAKTİKİ FƏALİYYƏTİN TƏMİNİ ÜÇÜN ERMƏNİSTAN VƏ RUSİYA İLƏ TEXNİKİ MÜZAKİRƏ APARILA BİLƏR!

Nazim Cəfərsoy, analitik

Bənzər yazılar

Back to top button