Hadisə

Cəbhəçi Cəfər Cəfərov necə dekan müavini oldu? – Rektor Cəfər Cəfərov niyə YAP-a üzv olmaq istəmədi?

Tarix müəllimi hara, turizm hara, ay Cəfər müəllim?

Deyir zaman o zaman idi…ölkədə bir partiya var idi, Kommunist partiyası, yəni 2-ci bir partiya yox idi.
Elə ki, müstəqillik oldu və partiyaların sayı da durmadan artdı.

Sözün düzü, çoxpartiyalılıq zamanın tələbidir, hətta Çin kimi qatı kommunist ölkəsində də bir neçə partiya var.
Birzdə isə partiyaların sayı səhv etmiriksə, 50-ni çoxdan keçib. Bunun ziyanı yoxdur.
Ziyan olan bilirsiniz nədir ?

Pis odur ki, adam rəsmi olaraq bir partiyanın rəsmi üzvü olur, amma bir neçə partiyaya qulluq edir, necə deyərlər bir neçə stulda əyləşməyi bacarır.

Bizim Cəfər müəllim kimi…

Söhbət Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovdan gedir.
Bəli, vaxtilə Cəfər Cəfərov Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi 1992-ci ildə Bakı Dövlət Universitetində Tarix fakültəsinin dekan müavini oldu.

Cəbhəçilər hakimiyyətdən gedəndən sonra Cəfər Cəfərov dostu Əli Həsənovun köməkliyi ilə 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olundu.

Təsəvvür edirsiniz, tarix elmi hara, İdman nazirliyi hara ?

Dostlarının dediyinə görə, həmin illərdə Əli Həsənov dostu Cəfərə təklif edib ki, YAP-a üzv olsun.
Amma daha hiyləgər Cəfər Əliyə deyib ki, sən YAP-da ol, mən də AXC-də, dünyanın işlərini bilmək olmaz, olmadı elə, oldu belə…

Beləcə hər iki dost müxtəlif siyasi düşərgədə çalışmağa başlayıblar.

Ona görə də yazının girişində iki stulda oturanlardan bəhs etdik.

Beləcə, Əli Həsənovun iqtidardakı “reytinqi” qalxdıqca, Cəfər Cəfərov da vəzifədə irəliləməyə başlayıb.
Və bir vaxtlar laborant olan Cəfər Cəfərov dostu Əlinin vasitəsilə QHT sektoruna da lövbər salıb. Və milli koordinator kimi qrant yeməklə məşğul olub.

Sonra dostu Əli Həsənovun Beynəlxalq Mətbuat Mərkəzinin direktoru olub.

Daha sonra Cəfər Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru, 2014-2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin olunub.

Yenə soruşmaq ayıb olmasın, tarix müəllimi hara, turizm hara..?

Beləcə, Cəfər müəllim Azərbaycandakı turizmin anasını ağlar qoyub.

Cəfər Cəfərov hər yeri kor qoya-qoya gəlib sonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub. Əlbəttə, yenə Əli Həsənovun hesabına.

Yeri gəlmişkən, Cəfər müəllim pedaqogikanın cəngavəri ordenini də alıb.

Turizm sahəsini qara günə qoyan Cəfər Cəfərov düz 5 ildir milli pedoqogika elmini dalı üstə qoyub.
Cəfər Cəfərov ADPU-ya rektor təyin olunan kimi təcrübəli pedoqoqları müxtəlif yollarla işdən uzaqlaşdırıb. Sonra boş qalan yerlərə özünün, həyat yoldaşının, Sona xanımın savadsız qohum-əqrəbasını universitetə doldurub.
Sonra Səttar Möhbalıyevin yaxın qohumu Vaqif Əliyevi “APİ”də həmkarlara sədr qoyub.

Vaqif Əliyev isə universitetdə fəaliyyət göstərən 1500-ə yaxın professor-müəllim heyəti, laborant və texniki işçinin sosial problemləri, müalicə və istirahətləri üçün ayrılan yüz minləri həzm-rabedən keçirib.
Təsəvvür edirsiniz, universitet müəllimlərini adına neçə yüz hektar torpaq, bağ sahələri alınaraq satılıb, ya da villa tikilib.

Cəfər Cəfərov Vaqif Əliyevlə birgə hətta müəllimlərin adına alınan 80 manatlıq putyovkaları kimə gəldi 400-500 manata satıb.

Bütün bu talançılıq ortada ola-ola Cəfər Cəfərov 2-ci Qarabağ müharibəsində şəhid olan əsgərimizin tələbə bacısının təhsil haqqını tələb edir, onu qovmaqla hədələyir.

Bax, Cəfər Cəfərovların, Əli Həsənovların, Səttar Möhbalıyevlərin əsl siması budur. İndi isə ADPU-da allah qoymasa təzə-gənc cəfərlər, əlilər, səttarlar yetişir…

Bənzər yazılar

Back to top button