Cəmiyyət

Türkiyədə oxumaq üçün nə etməli?

Bu sual çox abituryenti və tələbəni maraqlandıran vacib və maraqlı bir sualdır. Xaricde tehsil almaq üçün hansı şərtlər tələb olunur?..

Xaricdə təhsil almağın birinci şərti xarici dil bilməkdir. Təbii ki, bunu hərkəs yəqin ki bilir. İlk öncə dil öyrənməlisiniz. Xarici universitetlərin əksəriyyətində bir çoxunda təhsil İngilis dilində olduğu üçün beynəlxalq İngilis dili sertifikatları bugün çox populyardır. Xüsusilə də İELTS, TOEFL, TESTDAF və s.

Azərbaycanlı tələbələrimizin ən çox xaricə oxumağa təhsil üçün getdikləri ölkə qardaş ölkə Türkiyədir. Qədim tarixə malik olan Türkiyə Asiya və Avropa qitələri arasında yerləşir. Dil, mədəniyyət, adət-ənənə və s. baxımdan bağlılığımız, inkişaf edən iqtisadiyyat və təhsil sistemi, əhalinin qonaqpərvərliyi, mehribanlığı və Türkiyənin bölgədə ən təhlükəsiz ölkələrdən biri olması Azərbaycanlı tələbələrin Türkiyəni üstünlük verməsinə səbəb olur. Türkiyə ali təhsil müəssisələri inkişaf etmiş ölkələr səviyyəsində tədris xidmətləri təklif edir. Türkiyədə 206 universitet var ki, onlardan 129-u dövlət, 77-si özəldir. Universitetlərdə xarici tələbələr seçimlərindən asılı olaraq həm ingilis, həmçinin türk dilində təhsil ala bilərlər.

Əgər siz də Turkiyede tehsil almaq istəyirsinizsə, Türkiyə Dövlət Universitetlərinin rəsmi nümayəndəsi olan “XaricdəOxu” şirkətinə müraciət edə bilərsiniz.

Tam imtahansız, attestatla Türkiyədə təhsil almaq mümkündür. Türkiyənin reytinqli dövlət üniversitetlərinə bakalavr və magistratura üçün tam ödənişsiz qəbul ola bilərsiniz.

Türkiyədə təhsil almaq üçün tələb olunan sənədlər hansılardır?

Bakalavr üçün:

1. Attestat və ya Kollec diplomu (Attestat yoxdursa 11-ci sinifi bitirdiyinə dair arayış)
2. Transkript (Qiymət cədvəli) 9-10-11 qiymətlərinin çıxarılışı
3. Fotoşəkil 3×4 ölçüsündə (12 ədəd)
4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi

Magistratura üçün:

1. Bakalavr diplomu
2. Transkript (Qiymət cədvəli dekanlıqdan istəsəniz veriləcək) qiymətlərinin çıxarılışı (4 illik)
3. Fotoşəkil (rəngli) 3×4 ölçüsündə 12 ədəd
4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi
5. 2 Ədəd tövsiyə məktubu universitet müəllimlərindən.
6. Motivasiya məktubu 1 ədəd
Türkiyədə təhsilin avantajları:
1. İllik təhsil haqqı: 300-450 azn (2 dəfəyə ödəmək imkanı ilə)
2. Xidmət haqqı: 300 azn-dan
3. Əsgərlikdən 4 İLLİK möhlət hüququ
4. Yüksək təhsil keyfiyyəti
5. 100% Qəbul
6. 100% Diplomun tanınması
7. Türkiyədə oxuyarkən işləmək imkanı
8. Attestatla Tibb təhsili

Türkiyədə illik təhsil haqqı nə qədərdir?

Türkiyə dövlət universitetlərində illik tehsil haqqlari 1175 TL yəni təqribən 305 AZN’la 3210 TL yəni 950 AZN arasında dəyişir. Ümumiyyətlə Türkiyə dövlət universitetləri illik ödəniş baxımından digər ölkələrlə müqayisədə dəfələrlə ucuz və sərfəlidir. Qeyd etmək lazımdır ki, Türkiyədə illik təhsil haqqı ucuz olsada təhsil keyfiyyəti digər ölkələrdən çox yüksəkdir.

Türkiyədə yataqxanaya və ya evə nə qədər pul çıxır?

Türkiyə dövlət universitetlərində demək olar ki, dövlət yataqxanalarında Azərbaycan vətəndaşlarına yer vermirlər, buna görə də şirkətimiz gedən tələbələrə evlər və ya özəl yataqxanalar tutur. Yataqxanaların və evlərin qiyməti orta hesabla 335 TL, yəni 100 AZN la 604 TL 180 AZN arası dəyişməkdədir. Bu qiymət sizin seçəcəyiniz evin vəya yataqxananın şəraitindən, Universitetlə arasındakı məsafədən və seçdiyiniz şəhərdən asılı olaraq dəyişir.

Türkiyəyə gediş haqqı nə qədərdir?

Türkiyə Dövlət Üniversitetlərinə qəbul olduqdan sonra sizin Azərbaycandan Türkiyəyə avtobusla getməyiniz üçün 60 dollar və ya 70 dollar arası xərciniz çıxa bilər. Çox vaxt biletlər 50 Dollar dəyərində olur.

Türkiyədə hansı ixtisaslar üzrə təhsil ala bilərsiniz:

* İqtisadiyyat
* Beynəlxalq münasibətlər
* İdarəetmə (Menecment)
* Maliyyə
* Bank işi
* Turizm
* Müəllimliyi
* Mexanika Mühəndisliyi
* Elektrik Mühəndisliyi
* Komputer Mühəndisliyi
* İnşaat Mühəndisliyi
* Aqronomluq
* İncəsənət
* İdman
* Digər ixtisaslar...

Zəruri Vacib qeyd:

– Diplomlar 100% Azərbaycanda tanınır
– Əsgərlikdən möhlət hüququ verilir
– Təhsil aldığınız müddətdə rəsmi işləmək imkanı yaranır
Universitetlərin siyahısı üçün “XaricdəOxu” şirkətinə müraciət edə bilərsiniz.

Bənzər yazılar

Back to top button