AnalitikaDünya

Türkiyəyə qarşı məşum plan: Gənclər Avropaya gedir, onları isə ərəblər əvəzləyir (ŞƏRH)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan türk gənclərinin 40 faizinin mühacirətə getmək istədiyini təsdiq edib. Bilal Ərdoğan bildirib ki, mühacirətə getmək istəyənlərin əsas seçimi ABŞ və Almaniyadır. Prezidentin oğlu ölkəni tərk etmək istəyən gəncliyin qarşısını almaq üçün “Bu ölkədə işləsən, qazanarsan” fikirini aşılamağı tövsiyyə edib. Ancaq bala Ərdoğan işsizliyin tuğyan etdiyi, sərmayənin və elmin olmadığı bir ölkədə gənclərin harada işləyib qazana biləcəklərinə aydınlıq gətirməyib.

Balasından fərqli Rəcəb Tayyip Ərdoğan Türkiyədə yaşaya bilməyib mühacirətə getmək istəyənləri ölkəsinə yük hesab edir. “Biletlərinin pulunu ödəyib göndərməliyik. Çünki bunlar ölkəmizə yükdür”.

Türk gəncliyini ölkəyə yük hesab edən Ərdoğan Türkiyəni ərəbləşdirməkdə davam edir. Zəfər Partiyasının sədri Ümid Ozdağ 900 min suriyalılıya Türkiyə vətəndaşlığı verildiyini açıqlayıb. Ərdoğanın daha 4.5 milyon bədəvi ərəbə vətəndaşlıq verməyə hazırlaşması haqqında məşum məlumatlar var. İqtidar təmsilçiləri tərəfindən təkzib edilməyən bu məşum plan gerçəkləşsə, Türkiyənin etnik tərkibi ciddi şəkildə dəyişəcək.

Türk gəncliyini ölkəyə yük hesab edən Ərdoğan suriyalılaya səslənərək belə deyir: “Biz Ənsar olduq, bütün imkanlarımızı sizin üçün səfərbər etdik. Kim nə deyirsə desin, sən bizə yük deyilsiniz”. Bu fikirləri söyləməklə qalmayan Ərdoğan bədəvi ərəblərin Türkiyəyə köçünü təşviq edir. Təhsil, tibb xidməti və işə qəbulda suriyalılara üstünlük verilir.

Türk aydınları müxalifəti Türkiyənin ərəbləşdirilməsinə qarşı dirəniş göstərməyə, qəti addımlar atmağa çağırırlar. Zəfər Partiyası suriyalıların ölkədən çıxarılması tələbi ilə imza toplama kampaniyasına başlayıb.

Sosioloqlar isə xəbərdarlıq edirlər ki, Ərdoğanın anti-türk siyasətinin qarşısı alınmasa Malazgirt zəfərinin mininci ilində Türkiyə türklərin azlıqda olduğu bir ölkəyə çevriləcək.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button