İdman

Ançelotti “Real Madrid”in əsas rəqibinin adını açıqladı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bu mövsüm İspaniya Primyerasındakı əsas rəqiblərinin hansı komanda olduğunu açıqlayıb.

Fanat.az xəbər verir ki, “Marca” italiyalı mütəxəssisin söylədiklərini belə çatdırıb:

“Turnir cədvəlinə baxsaq, ən yaxın izləyicimizin “Sevilya” olduğunu görərik. Biz onlarla mübarizə aparmalıyıq. Çox keyfiyyətli komandadır. Bu rəqib həm də böyük fanat ordusuna sahibdir”.

18 turdan sonra “Real” 43 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıbsa, “Sevilya” 37 xalla ikincidir. Əndəlüs təmsilçisi liderdən 1 oyun az keçirib.

Bənzər yazılar

Back to top button