GündəmManşetSiyasət

Prezident: “Qərbi azərbaycanlılar öz doğma yurdlarına dinc yolla qayıtmalıdırlar”

Şənbə günü dövlət başçısı “Qərbi Azərbaycan İcması”nın yeni ofisində olub, orada mühüm bəyanatlar verib.

“Qərbi Azərbaycan İcması” 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olub. Bu il avqustun 3-də Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması” adlandırılıb və icmanın yeni nizamnaməsi təsdiq edilib.

Keçmiş təhsil naziri Misir Mərdanov Müşahidə Şurasının sədri, deputat Əziz Ələkbərli İdarə Heyətinin sədri, deputat Məlahət İbrahimli Qadınlar Şurasının sədri, deputat Əhliman Əmiraslanov Ağsaqqallar Şurasının sədri olub.

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu çoxsaylı tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Təəssüf ki, ermənilər Qarabağda olduğu kimi, orada da tarixi-dini abidələrimizi yerlə-yeksan ediblər. Onlar azərbaycanlıların tarixi irsini silmək istəyiblər, lakin buna nail ola bilməyiblər, çünki tarix var, sənədlər var, xəritələr var”, – Əliyev deyib.

O 1918-ci ildə azərbaycanlıların tarixi məskəni olan İrəvan şəhərinin Ermənistana daxil olmasına razılıq verilməsini “böyük səhv” adlandırıb. 1920-ci ildə sovet hökuməti azərbaycanlıların daha bir tarixi bölgəsiniə- Zəngəzuru Ermənistana verib, Əliyev deyib.

1948-1953-cü illərdə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə deportasiyası həyata keçirib ki, bu da Azərbaycan xalqına qarşı “sovet hökumətinin növbəti cinayəti” olub, Əliyev sözlərinə davam edib.

1980-ci illərin sonlarında sovet hökuməti növbəti cinayəti törətdi, azərbaycanlı əhali tamamən Ermənistandan deportasiya edildi. O vaxta qədər Ermənistanın 170 kəndində ancaq azərbaycanlılar yaşayırdı. 90-a yaxın kənddə azərbaycanlılar çoxluq təşkil edirdi, ümumilikdə 300-dən çox şəhər və kənddə yaşayırdılar. 3 il ərzində onların hamısı Ermənistandan zorla qovuldu, çoxu öldürüldü, işgəncələrə məruz qaldı. Son deportasiyalara 1991-ci ilin avqustunda Nüvədi kəndinin sakinləri məruz qaldılar. “Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmizə çevrildi”, – Əliyev qeyd edib. O əmin olduğunu bildirib ki, Qərbi Azərbaycan İcması bütün bunlar barədə dünya ictimaiyyətini məlumatlandıracaq.

Ermənistanla davam edən münaqişəyə toxunan prezident qeyd edib ki, sentyabrda Azərbaycan ordusu sərhəddə hərbi əməliyyat keçirməyə məcbur olub və “Ermənistanda revanşist qüvvələrin güclənməsini nəzərə alaraq” bu, Azərbaycanın təhlükəsizliyini möhkəmləndirməyə imkan verib.

O, Laçın yolundakı hazırkı vəziyyətdən danışarkən deyib ki, Ermənistanda və bir sıra xarici ölkələrdə Azərbaycana qarşı böhtan kampaniyası başlayıb və “Birləşmiş Millətlər Təşkilatında bizə qarşı növbəti təxribat hazırlanır, gələn həftə onlar əllərindən gələni edəcəklər”.

“Bu, bizim qanuni haqqımızdır. Təbii sərvətlərimiz istismar olunur, təbii ehtiyatlarımız xaricə daşınır. Beynəlxalq hüquqa əsasən bu təbii sərvətləri istismar edənlər cinayətkardır, çünki bura bizim ərazimizdir və bu qanunsuz fəaliyyətə son qoyulmalıdır”, – Əliyev bildirib. O vurğulayıb ki, Azərbaycana heç bir təzyiq Bakının mövqeyini dəyişməyəcək.

Qərbi azərbaycanlılar mövzusuna qayıdan Əliyev deyib ki, onların hüquqları bərpa olunmalı və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. “Bunlardan danışarkən, güman edirəm ki, Ermənistanda növbəti isteriya başlayacaq ki, guya Azərbaycan gəldi, bizi işğal etdi və s. Xeyr. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz bu hüquqları dinc yolla təmin etmək istəyirik. Bütün konvensiyalar bu hüququ tanıyır. Odur ki, buna nail olmaqdan ötrü biz daha fəal olmalıyıq, o cümlədən beynəlxalq platformalarda fəal olmalıyıq”, – İlham Əliyev vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button