İqtisadiyyat

Bu məhsulun vergisi 20 faiz artırılır

Gələn ildən Azərbaycanda bəzi spirtli içki növləri üzrə aksiz vergisi artırılacaq.

“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, içməli spirt, həmçinin araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə aksiz vergisi 20% artırılaraq 4 manatdan 4,8 manata çatdırılır.

Bənzər yazılar

Back to top button