GündəmHadisəManşet

Nazir silahla fotosu yayılan mərkəz direktorunu işdən qovdu

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyevi işdən azad edib.

AzToday.az xəbər verir ki, mərkəzin direktor müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

İradə İbrahimova qeyd edib ki, eyni zamanda hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsi ilə cərimə ediliblər.

Qeyd edək ki, Adəm İsmiyev və Sakit Şahmarovun qalmaqallı görüntülərini ilk dəfə AzToday.az yaymışdı. Bundan sonra müvafiq qurumlar araşdırmalara başlayıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev 12 kalibrli “Huğlu Renova”, həmin mərkəzin direktor müavini Sakit Şahmarov isə “Sayqa 410” markalı ov tüfəngləri ilə Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində yerləşən meşə dolayında fotoşəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıblar. Bu, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.

Bənzər yazılar

Back to top button