GündəmManşetSiyasət

Qazaxın 7 kəndinin qaytarılmasına hazırlıq gedir?

Çərşənbə günü Ermənistan baş naziri Nikol Paşinyan Yerevanda RF baş naziri Aleksey Overçuku qəbul edib.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər digər məsələlərlə yanaşı, Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının və Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətinin bərpası perspektivlərini müzakirə ediblər.

Bu arada, “Qraparak” qəzeti növbəti dəfə bildirib ki, Tavuş vilayətində alternativ yolların tikintisi işləri başlayıb.

Xüsusən, Əskipar (Voskepar) kəndinə yeni yol tikilir. Bu, hələ 90-cı illərin əvvəllərində ermənilər tərəfindən ələ keçirilmiş Azərbaycan anklavıdır.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun ümumilikdə 7 kəndi erməni işğalı altındadır. Üç kənd iki anklavda, digər 4 kənd isə sərhədyanı ərazidə yerləşir.(Turan)

Bənzər yazılar

Back to top button