Hadisə

İlin birinci yarısında yol qəzalarında 400-ə yaxın adam həlak olub

2023-cü ilin birinci yarısında Azərbaycanda 780 yol qəzası qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.

Bu qəzalarda xəsarət alanların sayı 1056 nəfər olub ki, bu da 2022-ci ilin birinci yarısında olduğundan 4,8 faiz azdır.

387 nəfər həlak olub, 669 nəfər yaralanıb.

Qəzaların 88,5 faizi yaşayış məntəqələrinin ərazisində baş verib.

Yaşayış məntəqələrində ölənlərin sayı 24,7 faiz artaraq 293 nəfər olub. Yaralıların sayı 7,5 faiz azalaraq 644 nəfər olub. Ölənlərin 74,7 faizi, yaralananların isə 73,2 faizi kişidir.

Ölümlə və ya xəsarətlə nəticələnən 16 hadisə nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsinə görə baş verib.

Bənzər yazılar

Back to top button