İdman

Ən bahalı qış transferləri

Ən bahalı qış transferlərinin siyahısında dəyişiklik baş verib.

Aut.az xəbər verir ki, səbəbkar isə ötən gün Donetsk “Şaxtyor”undan “Çelsi”yə transfer edilən Mixail Mudrikdir. Keçidinə görə 70 milyon avro ödənilən yarımmüdafiəçi 4-cü pillədə yer alıb.

Tarixin ən bahalı qış transferi Filippe Koutinyodur. Ona görə “Barselona” “Liverpul”a 135 milyon avro ödəyib. Bu keçid 100 milyon həddini ötən yeganə qış transferidir.

Vircil van Deyk ikinci, Duşan Vlahoviç isə üçüncüdür.

1. Filippe Koutinyo (“Liverpul”dan “Barselona”ya) – 135 milyon avro
2. Vircil van Deyk (“Sauthempton”dan “Liverpul”a) – 84,7 milyon avro
3. Duşan Vlahoviç (“Fiorentina”dan “Yuventus”a) – 81,6 milyon avro
4. Mixail Mudrik (“Şaxtyor”dan “Çelsi”yə) – 70 milyon avro
5. Emerik Laport (“Atletik”dən “Mançester Siti”yə) – 65 milyon avro
6. Kristian Pulişiç (“Borussiya”dan (Dortmund) “Çelsi”yə) – 64 milyon avro
7. Pyer-Emerik Obameyanq (“Borussiya”dan (Dortmund) “Arsenal”a) – 63,8 milyon avro
8. Brunu Fernandeş (“Sportinq”dən “Mançester Yunayted”ə) – 63 milyon avro
9-10. Dieqo Kosta (“Çelsi”dən “Atletiko”ya) – 60 milyon avro
9-10. Oskar (“Çelsi”dən “Şanxay SİPQ”ə) – 60 milyon avro

Bənzər yazılar

Back to top button