Cəmiyyət

“Bacım qızının başına daş düşsün” – Abid Şərifovdan işdən çıxarılan direktor qohumu haqda SƏRT AÇIQLAMA

Mətbuatda bir neçə gün bundan əvvəl rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Quliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda məlumat yayılmışdı.

Məsələ ilə bağlı Manset.az A.Şərifovla əlaqə saxlayıb.

O, açıqlamasında belə halları pisləyib:

“Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır”.

Bənzər yazılar

Back to top button