İdman
“Barselona” yeni transferi ilə 5 illik müqavilə bağlayacaq

İspaniya “Barselona”sı İngiltərənin “Mançester Siti” klubundan transfer etməyə hazırlaşdığı Ferran Torreslə 5 illik müqavilə imzalayacaq.
Fanat.az xəbər verir ki, informasiyanı italiyalı insayder Fabritsio Romano “Twitter” hesabı üzərindən yayıb.
Jurnalist 21 yaşlı hücumameylli yarımmüdafiəçinin tibbi müayinədən keçmək üçün dekabrın 23-də Barselonaya yollanacağını vurğulayıb.
İspaniya millisinin üzvü ilə münasibətlər rəsmiləşdikdən sonra klublar keçidlə bağlı rəsmi açıqlama yayacaqlar.
Qeyd edək ki, Torres bu mövsüm “şəhərlilər”in heyətində 7 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.