Hadisə

Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb

Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olan şəxslərin sayı artıb.

AzToday.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı 2019-cu ilin dekabrın 5-də yenilənib.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndakı şəxslərin sayı 895 nəfərdir.

Onların içərisində deputatlar, musiqiçilər, jurnalistlər və başqaları var.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən səfərlər cinayət sayılır.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.

Bənzər yazılar

Back to top button