İqtisadiyyat

Yaxın ölkələrdə minimum maaş nə qədərdir?

2022-ci il yanvarın 1-dən Azərbaycanda aylıq əməkhaqqının minimum məbləği 300 manata yüksəlir. Hazırda rəsmi minimum maaş 250 manatdır.

Novator.az yaxın ölkələrin göstəricilərinə də nəzər salıb.

Ermənistanda minimum əməkhaqqı 68000 dramdır (240 manat).

Gürcüstanda minimum əməkhaqqı yaşayış minimumu göstəricisinə bağlıdır. Hazırda həmin göstərici 224 lariyə yaxındır (123 manat).

Rusiyada 2022-ci il yanvarın 1-dən qüvvəyə minəsi minimum maaş məbləği 13890 rubldur (319 manat).

2022-nin ilk günündən Türkiyədə minimum maaşı 4253 lirə (584 manat) müəyyən etmək nəzərdə tutulur.

Qazaxıstanda minimum maaş 2022-ci il yanvarın 1-dən 60000 təngə (234 manat), Belarusda 457 rubl (307 manat), Ukraynada 6700 qrivna (419 manat) olasıdır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button