Dünya

Rusların 62 faizi SSRİ-nin dağılmasına təəssüf edir

Rusiyalıların 62 faizi SSRİ-nin dağılmasına təəssüf edir. Sovet İttifaqının süqutuna heyifsilənənlərin 82 faizi 46-60 yaş arasında olanlar, 76 faizi yaşı 60-ı keçənlərdir. 56 faizinin yaşı 32-45 arasında, 28 faizinin yaşı 18-30 arasındadır.

Novator.az-ın məlumatına görə, bunu Rusiya İctimai Rəy Fondunun dekabrın 10-12-də keçirdiyi sorğunun nəticəsi göstərib.

Sorğu Rusiya Federasiyasının 53 subyektindəki 104 yaşayış məntəqəsində, 1500 nəfər arasında aparılıb.

Sorğu iştirakçılarının 21 faizi SSRİ-nin dağılmasına təəssüf etmədiyini söyləyib, 17 faizi isə Sovet İttifaqının süqutuna münasibətini formalaşdırmaqda çətinlik çəkib.

Sorğuda iştirak edənlərin 45 faizi bildirib ki, SSRİ-nin dağılması Rusiyanın ziyanına işləyib.

“SSRİ-nin bərpa olunmasını istərdizmi” sualına rəyi soruşulanların 52 faizi müsbət, 31 faizi mənfi cavab verib.

Respondentlərin 17 faizi SSRİ-ni bərpa etməyin mümkün olduğuna inandığını, 74 faizi inanmadığını deyib.

1922-ci ildə yaradılmış Sovet Sosialist Respublikaları İttifaqına dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

Bənzər yazılar

Back to top button