Dünya

“Şoyqunun bu bəyanatı həqiqətə hər hansı nisbətdə uyğun gəlmir” – Pentaqon

Pentaqon Rusiya müdfiə naziri Sergey Şoyqunun bəyanatını «həqiqətə uyğun olmayan» adlandırıb.

Şoyqu deyib ki, guya ABŞ-ın özəl hərbi şirkətləri tərəfindən Ukraynanın şərqində kimyəvi maddələrlə təxribat hazırlanır.

Nazir dekabrın 21-də Rusiya MN-nin genişləndirilmiş kollegiya iclasında çıxış edərkən bəyan edib ki, Ukraynanın şərqindəki Donetsk vilayətində ABŞ-ın özəl hərbi şirkətinin 120 əməkdaşı yerləşdirilib və guya onlar «Avdeyevka və Qırmızı Liman şəhərlərində təxribat törətmək üçün oraya komponentləri məlum olmayan kimyəvi maddələrin olduğu rezervuarlar gətiriblər».

«Şoyqunun bu bəyanatı həqiqətə hər hansı nisbətdə uyğun gəlmir» – Pentaqonun rəsmi nümayəndəsi Con Kibri jurnalistlərə deyib. O, əlavə edib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ətrafında gərginliyin kəskinləşməsi fonunda Şoyqu ilə danşmayıb.

«Bu gün onun gündəliyindən mən heç nəyi anons edə bilmərəm» – ABŞ hərbi idarəsinin mətbuat katibi deyib.

Bənzər yazılar

Back to top button