Sağlamlıq

Professor: COVID-19-un letallıq əmsalı 70 dəfə azalıb

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı virusun polimutasiyaya məruz qalan yeganə variantıdır. Ona görə də “omikron” daha sürətlə yayılaraq, COVID-19-a qarşı kütləvi immunitet yaratmalıdır. Yeni ştam qorxulu olmadığı üçün stres keçirməyə ehtiyac yoxdur.

AzToday.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev COVID-19-un “omikron” ştamı barədə danışarkən deyib.

Professor bildirib ki, COVID-19-un bütün ştamları daxil olmaqla virusun ümumi ölüm göstəricisi təxminən 2 faizdir: “Omikron” ştamı 100-ə yaxın dövlətdə yayılsa da, ölüm halı yalnız İngiltərədə və elə bu gün ABŞ-da müşahidə edilib. Britaniyada 24 min 968 yoluxmaya qarşı cəmi 7 nəfər həyatını itirib. Bu, “omikron”dan ölüm halının 0,028 faiz olduğunu göstərir. Başqa sözlə, SARS-CoV2 virusunun letallıq (ölüm törətmə) əmsalı 70 dəfə azalıb. Bu hal pandemiyanın sonunun yaxınlaşdığı deməkdir. Ona görə də vaksinasiya prosesində aktiv iştirak edərək pandemiyanın sonlanmasını tezləşdirmək lazımdır. Xüsusilə də öpüşərək görüşməkdən yayınmaq lazımdır. Gigiyenik qaydalara əməl etmək, sosial məsafəni qorumaq şərtdir”.

Bənzər yazılar

Back to top button