Dünya

Belarus qoşunları Ukrayna ərazisinə girib

Belarus qoşunları Ukrayna ərazisinə daxil olub, Unian.net bildirir.

“Belarus müharibəyə girdi. Belarus qoşunları Çerniqova daxil olub”, – Ukrayna Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatında deyilir.

Məlumatı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.

Slabin, Pakul kəndlərinin, Mixaylo-Kotsyubinsk qəsəbələrinin sakinləri üzərində ağ dairənin çəkildiyi hərbi texnikanın hərəkəti haqda məlumat verirlər.

Texnikanın hərəkəti mobil rabitənin səsinin batırılması ilə müşayiət olunur.

Mixaylo-Kotsyubinsk sakinlərinin sözlərinə görə, saat 11:30-da 33 ədəd Belarus kolonu keçib, onlardan 11-i “Qrad”dır. Mobil rabitənin səsini yenidən batırırlar, Slabin və ya Pakul tərəfə hərəkət edirlər. (Turan)

Bənzər yazılar

Back to top button