Dünya

Türkiyə Rusiyadan yeni təyyarələr alır

Türkiyə ilə Rusiya arasında SSJ-100 və MS-21 model sərnişin təyyarələrinin tədarükü ilə bağlı müzakirələr davam etdirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Birləşmiş Aviasiya Korporasiyanın prezidenti Yuri Slyusar açıqlama verib. Lakin tədarük prosesinə nə vaxtdan başlanılacağı bəlli deyil.

Qeyd edək ki, Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası sentyabrda Türkiyə hava yollarına “MS-21” və “Sukhoi SuperJet” mülki təyyarələrini almağı təklif etmişdi.

Bənzər yazılar

Back to top button