İdman

Mübariz Mənsimov ilk dəfə danışdı: “Xəzər Lənkəran” yaşayacaq”

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov komandanın dağılmasından sonra ilk dəfə bu barədə fikir bildirib.

Fanat.Az xəbər verir ki, özünün “Facebook” hesabında paylaşım edən Mənsimov klubun hər zaman yaşayacağını bildirib:

“Bu gün ofisə çox maraqlı 2 gənc gəldi. Məhəmməd və Ramil “Beşiktaş”ın azərbaycanlı təmsilçiləriymiş. “Beşktaş” sevgisi ilə İstanbula köçüblər. Bakıdan hədiyyələri də var idi. Doğma, sevdiyim və yaratdığım klubun şərfini mənə hədiyyə etdilər. “Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Onun hər zaman yaşamasına mən şəxsən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Burdan bütün “ağ-yaşıl” və “bəyaz-siyah” fanlarına uğurlar və bol qələbələr arzu edirəm”.

Bənzər yazılar

Back to top button