Siyasət

Rusiya sülhməramlıları ağır xəstə uşağı Xankəndindən helikopterlə təxliyə ediblər – Ermənistan teleqram kanalları

Rusiya sülhməramlıları Xankəndindən həddindən artıq kritik vəziyyətdə olan bir yaşlı uşağı helikopterlə Yerevana aparıblar, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb. Eyni zamanda, onlar həm özləri, həm də erməni sakinlər üçün zəruri dərmanlar partiyasını helikopterlə Ermənistandan Qarabağa aparıblar, deyə mənbələrin məlumatında bildirilir.

Məlumat doğrudursa, yəqin ki, helikopterin uçuşu Azərbaycan tərəfi ilə razılaşdırılıb.

Ötən qış artıq Qarabağdan helikopter uçuşu həyata keçirilib, guya “ağır xəstə” olan SSRİ-nin sonuncu geologiya naziri, 88 yaşındakı Qriqori Qabrielyats Yerevana “təxliyə edilib”. Sonradan yayılan Xocalı aeroportuna gəliş kadrlarından göründüyü qədər, o, yaşına görə kifayət qədər gümrah görünürdü. (Turan)

Bənzər yazılar

Back to top button