Sağlamlıq

Soyuq su ilə duş ciddi təhlükəyə səbəb ola bilər

Çox soyuq duş ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “iz.ru” Rusiya həkimlərinə istinadla məlumat yayıb.
Bildirilib ki, istənilən soyuq su hipotermiyaya, burun axması, bronxit, aşağı və yuxarı tənəffüs yollarının digər iltihablarına səbəb olur.

Bundan əlavə, soyuq su vazospazma və potensial ölümcül sağlamlıq problemlərinə səbəb ola bilər. Vazospazm yüksək qan təzyiqi, ürək-damar fəlakətləri riskidir. İnsult və ya infarkt ola bilər. Miokard infarktının da belə bir forması var.

Həmçinin ürək-damar xəstəliklərinin olması halında isti vannadan da imtina etmək vacibdir.

Bənzər yazılar

Back to top button