İdman

“Qarabağ” milli üzvünü neçəyə alıb? – MƏBLƏĞ

“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə üçün Ukraynanın “Minay” klubuna ödədiyi məbləğ açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Veres”in idman direktoru Vyaçeslav Şevçuk klubun rəsmi saytına müsahibəsində bildirib.

O, “Minay”ın “Kolos”a 16 225 avro ödəyərək aldığı 21 yaşlı hücumçunu 200 000 avroya satdığını söyləyib.

Şevçuk bu keçidin əla nümunə olduğunu və özlərinin də bunu bacarmaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” Rüstəm Əhmədzadə ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button