Siyasət

AŞPA məruzəçiləri Laçın dəhlizindəki vəziyyətə reaksiya veriblər

“Biz Laçın dəhlizində hərəkət azadlığının pozulmasından dərin narahatlıq hissi keçiririk, bu, əhali üçün böyük çətinliklər yaradır”, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan və Ermənistanın monitorinqi üzrə dörd həmmuruzəçisi bildirib.

“Dəhlizdə insanların və malların azad və təhlükəsiz hərəkəti təcili şəkildə bərpa edilməlidir. Biz 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın bütün tərəflərini dərhal zəruri tədbirləri görməyə çağırırıq”, deyə Azərbaycan üzrə həmməruzəçilər Yan Liddell-Qreyncer (Böyük Britaniya), Liz Kristoffersen (Norveç) və Ermənistan üzrə həmməruzəçilər Kimmo Kilyunen (Finlandiya) və Boriana Oberq (İsveç) bildiriblər.

Çərşənbə günü AŞPA-nın Monitorinq Komitəsi Cari vəziyyət və Ermənistan və Azərbaycan arasında möhkəm sülhə nail olmaq üzrə diplomatik səyləri Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Toyvo Klaar və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bris Rokfyoe ilə müzakirə edib.

“Biz bütün zəruri siyasi dəstəyi göstərməyə, o cümlədən regionda faktların müəyyən edilməsi üzrə missiya həyata keçirilməsi yolu ilə dəstək verməyə hazır olduğumuzu təsdiq edirik”, deyə onlar bildiriblər.

Dekabrın 12-də, Azərbaycanlı ekoloji fəalların Azərbaycanın səlahiyyətli qurumlarının nümayəndələrinin Qarabağ separatçıları tərəfindən qanunsuz istismar olunan yataqlara buraxılmasını təmin etmək tələbi ilə Şuşa şəhəri yaxınlığında, Rusiya sülhməramlı kontingentinin postu qarşısında etiraz aksiyasına başlamasından sonra Laçın dəhlizində hərəkət məhdudlaşdırılıb.

Bakı yolun Azərbaycan tərəfindən bağlanıldığı haqqında ittihamları qəbul etmir.

Azərbaycan nümayəndələri mülki nəqliyyatın hərəkətinə mane olmadıqlarını, yolu isə hər iki tərəfdən sülhməramlıların bağladığını bildirirlər. (Turan)

Bənzər yazılar

Back to top button