Hadisə

Fövqəladə hallarda insanlar təcili necə məlumatlandırılmalıdır? – Dünya və biz

“Azərbaycanda müasir məlumatlandırma sistemi mobil telefonlar hesab olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında internet texnologiyaları üzrə ekspert Vahid Qasımov Azərbaycanda əhalinin təcili məlumatlandırılma sistemlərindən danışarkən deyib.

Vahid Qasımov qeyd edib ki, bu gün universitetlərin mülki müdafiə kafedralarında tədris zamanı istifadə olunan səsyüksəldicilər keçmiş əsrdən qalan məlumatlandırma sistemi hesab olunur:

“Müasir məlumatlandırma sistemimiz yoxdur. Açığı, biz ona heç hazır da deyilik. Dəfələrlə universitetlərdə mülki müdafiə kafedralarına müraciət etmişdik. Müraciətdə bildirmişdik ki, kafedralarda məlumatlandırma sistemi ilə müasirləşməyə getmək lazımdır. Çünki orada hələ də tədris zamanı bildirilir ki, küçələrdə səsyüksəldicilərlə maşınlar gəzir və insanlara hansısa məlumatı çatdırır. Bu, keçmiş əsrdən qalan məlumatlandırma vasitələridir. Radio və televiziya da keçmiş əsrdən qalan məlumatlandırma vasitələridir. Düzdür, hazırda da onlardan istifadə eləmək mümkündür. Amma reallıq odir ki, bu, çox effektli bir şey deyil. Çünki insanlar hazırda vaxtlarının çox hissəsini evdə keçirmirlər. Evdə olduqları zamanlarda da dövlət televiziyalarına da baxanların sayı azdır. Bu baxımdan bunlar kütləvi informasiya vasitələri olsa da, bunları təcili məlumatlandırma vasitələri hesab eləmək mümkün deyil”.

Vahid Qasımovun fikrincə, bu gün Azərbaycanda müasir məlumatlandırma sistemi mobil telefonlar hesab olunur:

“Hər bir insanın əlində mobil telefon varsa, bunun smartfon olmaq şərti yoxdur. Həmin telefon vasitəsi ilə insanlar haqqında çoxlu məlumat almaq mümkündür. Adamın anadan olduğu gündən indi yerləşdiyi məkana kimi bütün məlumatlarlı əldə etmək mümkündür. Bu dəqiqə çox insanlarda elektron imza hesab olunan simkartlar mövcuddur. Yəni, bunlar artıq rəsmi sübutdur. Hazırda təcili məlumatlandırma sistemi olaraq, əslində SMS və internetlə əlaqəli olanlar istifadə olunmalıdır. Amma əfsuslar olsun ki, elektron hökumət bizdən nə qədər sürətli bir şəkildə inkişaf eləsə də, aidiyyatı qurumlar bu vasitələrdən istifadə eləmir. Yəni SMS məlumatlandırmadan pandemiya və karantin zamanı heç istifadə olunmadı. İnternetdən istifadə çox-çox zəifdir. İstər sosial şəbəkələrdə, istərsə də başqa ölkələrdə, məsələn, Koreyada bir təcrübə vardı ki, orada xüsusi ilə koronavirusla bağlı xəritə buraxılıb. Ora baxanda görmək olurdu ki, sənə yaxın koronavirusa yoluxan insan haradadır. Bundan əlavə xəritədə görmək olurdu ki, yoluxanların ən çox cəmləşdiyi rayon hansıdır. Bununla da insanlar məlumatlandırılırdı. Əgər pandemiya zamanı bizdə də belə məlumatlar xəritədə görünsəydi, kanartin dövrü panika ilə yaşanmayacaqdı. Bu gün biz az qala tualetə bele telefonla gedirik. Yüksək texnologiya – insana hər zaman yaxın olan məlumat mənbəyi odur”.

Bənzər yazılar

Back to top button