İdman

Joze Mourinyu millini çalışdıra bilər – Prezident açıqladı

Nigeriya Futbol Federasiyasının prezidenti Amacu Pinnik milli komandaya yeni baş məşqçi axtarışlarından danışıb.

Fanat.az Nigeriya mətbuatına istinadən xəbər verir ki, Pinnik 3 mütəxəssislə danışıq apardıqlarını deyib:

“Bizim üçün əsas olan mütəxəssisin intizam yaratmaq bacarığı və titul qazanmaq istəyidir. Joze Pezeyru, Mladen Kristaiç və Joze Mourinyu ilə ünsiyyət qurmuşuq. Mümkün olanın ən yaxşısını etmək istəyirik”.

Mourinyu hazırda İtaliyanın “Roma” komandasının baş məşqçisidir.

Nigeriya yığması Afrika Kubokunda Misir, Sudan və Qvineya-Bisau milliləri ilə mübarizə aparacaq.

Bənzər yazılar

Back to top button