DünyaSiyasət

Rusiya bugünkü görüşdə nəyə nail olmağa çalışacaq? (ŞƏRH)

“Rusiyanın başlıca vəzifəsi oz qoşunlarının statusunu rəsmiləşdirməkdir”.

AzToday.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu Moskvada keçiriləcək Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin görüşündən danışarkən deyib. O bildirib ki, bu gün hamının diqqəti Moskvaya yönəlib:

“Hər kəs sual verir ki, üçtərəfli görüşdə nələr ola bilər? Mənim gözləntilərim bir o qədər də optimist deyil, çünki artıq 2 aydır baş verənlərdə, ümumiyyətlə, pozitiv dinamika müşahidə olunmur. Əksinə, biz “sülhməramlı” adı altında ölkəyə yeridilənlərin qondarma rejimin törtöküntülərini səfərbər edərək, onu reanimasiya etməyə çalışdığını görürük. İndi məncə, Rusiyanın başlıca vəzifəsi oz qoşunlarının statusunu rəsmiləşdirmək və eyni zamanda da digər ölkələrin silahlı qüvvələrinin istənilən keyfiyyətdə regiona yerləşdirilməsinin qarşısını alan hansısa bir sazişin əldə olunmasıdır. Söhbət təxminən Xəzərin statusu haqda imzalanmış məlum anlaşmadan gedir. Qısaca xatrıladım ki, həmin anlaşmaya əsasən, Xəzər hövzəsində yerləşməyən ölkələrin dənizin neytral sularında hər hansı fəaliyyəti üçün bütün xəzəryanı ölkələrin razılığı lazımdır”.

Ərəstun Oruclu hesab edir ki, Moskva Qarabağdakı qoşunlarının sayını artırmağa çalışır və bu gün də buna cəhd edəcək:

“Fikrimcə, Rusiya üçün digər önəmli bir vəzifə də Qarabağın statusunun heç olmazsa müzakirə predmetinə çevirən müqavilənin imzalanmasıdır. Bunlar, əlbəttə, ehtimallardır”.

Bənzər yazılar

Back to top button