ManşetSiyasət

Yeni üçtərəfli sənədin razılaşdırılması prosesində Türkiyə niyə yoxdur? – REAL sədri həyəcan təbili çalır

Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsinə dair İrəvanda müxalifətin sızdırdığı və Paşinyan tərəfindən doğruluğu təsdiqlənən üçtərəfli sənədin layihəsinə REAL partiyasının sədri İlqar Məmmədov münasibət bildirib.

AzToday.az xəbər verir ki, partiya sədri yeni üçtərəfli sənədin razılaşdırılması prosesində Türkiyənin iştirak etməməsini Azərbaycan üçün qəbuledilməz sayıb:

“10 noyabr Bəyanatı Türkiyənin adını birbaşa çəkməsə də, regionda sabitləşmə işinin iştirakçısı kimi onu tanıyırdı (imzalanma zamanı 5-ci bəndin məhz Türkiyə üçün nəzərdə tutulduğu şifahi elan edilmişdi). Yeni sənəddə isə Türkiyənin iştirakını mümkün edəcək heç nə görünmür. Ermənistandakı parlament seçkisinin nəticəsi hələ bəlli olmadan İlham Əliyev buna razıdırsa, yerli ictimaiyyətə çox ciddi əsaslar təqdim etməlidir. İrəvanda Köçəryanın dəstəsi hakimiyyətə gələrsə, sərhədin dəqiqləşdirilməsi işində Moskvanın tərəf tutmayacağına biz inana bilərikmi?

İkincisi, sadəcə nümunədir. Bu sənədi sızdıranlar iddia edir ki, sərhədlər üç əsasa söykənərək dəqiqləşdiriləcək:

SSRİ xəritələri, coğrafi məqsədəuyğunluq və yerdəki gerçək vəziyyət. Bu əsasların hər birini istənilən səmtdə əymək mümkündür, amma ayrıca onu vurğulayım ki, Ermənistan “coğrafi məqsədəuyğunluq” deyib var gücü ilə Gorus-Qafan yolunun Azərbaycanda olan hissəsini tam öz nəzarətinə almağa çalışacaq. Buna rəsmi Bakı ya imkan verməməlidir, ya da imkan verirsə, əvəzində olduqca böyük, strateji əhəmiyyətli, hətta anlaşmaların gələcəkdə pozulması təqdirində istifadəsində fasilə yaranmayacaq coğrafi güzəşt əldə etməlidir. Əlbəttə, Ermənistan o yoldan imtina edib təmirsiz qalmış alternativ yolu bərpa edə bilər, amma o alternativ yol yüksək dağ ərazisindən keçir deyə qarlı havada strateji vəzifələri yerinə yetirməyə bilər”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button