İdman

“Ronaldoya görə komanda sistemimizi itirdik” – Buffon

“Parma”nın qapıçısı Canluici Buffon “Yuventus”da keçmiş komanda yoldaşı olan Kriştiano Ronaldo haqda danışıb.

Qol.az xəbər verir ki, 43 yaşlı qolkiper Turin təmsilçisinin 36 yaşlı hücumçunu transfer etməkdə səhvə yol verdiyini deyib:

“2017-ci ildə Çempionlar Liqası finalına gedərkən çox təcrübəli olsaq da, hər şeydən öncə bir komanda idik. Ronaldo gələndən sonra bunu itirdik. Onun “Yuventus”dakı ilk mövsümündə mən PSJ-də idim. “Yuventus”a qayıtdıqdan sonra Kriştiano ilə 2 il birlikdə oynadım. Onunla da çox şey bacardıq, amma bir komada olduğumuzu deyə bilmərəm”.

Qeyd edək ki, Kriştiano Ronaldo “Yuventus”a 2018-ci ildə “Real”dan 118 milyon avro qarşılığında transfer olunmuşdu. O, Turin təmsilçisinin heyətində meydana çıxdığı 134 oyunda 101 qol vurub, 22 qolun ötürməsini verib. Portuqaliyalı oyunçu avqustun 31-i “Mançester Yunayted”lə 2+1 illik müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button