DünyaManşetSiyasət

Dünya Putinin sözlərini Rusiyanın ərazi ekspansiyası proqramı kimi başa düşüb

İyunun 10-da Rusiya prezidenti Vladimir Putin deyib ki, o, I Pyotrun dövründə olduğu kimi geri qayıtmaq və möhkəmləndirmək Rusiyanın payına düşüb.

“Svoboda” radiosundan Arkadi Dubnovun fikrincə, Putin aydın şəkildə işarə edib ki, Ukraynada 3,5 ay davam edən müharibəyə, sadəcə, əvvəllər Rusiya dövlətinin nəzarətində olan ərazilərin qaytarılmasına dair uzun epopeyanın mərhələsi kimi baxmaq lazımdır.

İqor Eidman: “Rusiyalı ağılsız nəinki hakimiyyəti saxlayır, həm də öz ağılsızlığını fəaliyyətə rəhbərlik kimi qəbul edir; çağdaş dünyada özünü 18-ci əsrdəki kimi aparmağa çalışır, öz dövlətini genişləndirmək üçün on minlərlə adamı öldürür.

Pasiyent anlamır ki, 21-ci əsrdə postindustrial cəmiyyətdə torpaq ali dəyər olmaqdan çıxıb, ərazilər uğrunda müharibələr isə mənasını itirib, lakin bütün iştirakçılar üçün olduqca təhlükəli olub, çünki onlar qlobal nüvə fəlakətinə gətirib çıxara bilər.

Hazırda əsas və ən aktual təhlükəli qlobal hədə hətta ümumdünya istiləşməsi deyil, nüvə ölkəsinin başındakı ağılsız(lar)dır. Onu ancaq ən radikal vasitələrlə neytrallaşdırmaq olar”.

Putinin ekspansionist proqramı Avropanı narahat edib. Yazırlar ki, məhz Putinin bəyanatından sonra Finlandiya prezidenti Sauli Niinistö Aland adalarına səfərini dərhal dayandırıb, İsveç kralı ilə şam yeməyini ləğv edibvə Helsinkiyə gedib.

Rusiyada Putinin sözləri sosial şəbəkələrdə tənqidi yazılara səbəb olub. Bloger Konstantin Kalaçev rişxənd edir: “Vladimir Vladimiroviç Alyaskanı qaytarmaq istəsə, təəccüblənəcəksiniz? Mən yox. Əksəriyyət onu dəstəkləyərsə, təəccüblənəcəksiniz? Mən təəccüblənmərəm”.

Putinin bəyanat verdiyi gün Rusiyanın iki aparıcı sosioloji mərkəzi – “İctimai Rəy” Fondu və Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Putinin hərəkətlərinə əhali tərəfindən dəstəyin yüksək səviyyədə olduğunu təsdiqləyiblər. “İctimai Rəy” Fondunun məlumatına görə, respondentlərin 81 faizi prezidentin fəaliyyətini təqdir edib. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzində isə 30 maydan 5 iyun 2022-ci ilə qədər prezidentin fəaliyyətinin təqdir göstəricisi 78,3 faiz təşkil edib.

Rusiya Federasiyası Tula vilayətinin sakini Vasili Bukur sosial şəbəkədə Putinin tarixi ərazini qaytarmaq niyyətilə bağlı fikrini açıq paylaşır. “Bu, dəhşətdir. Belə vəziyyətdə xırda pul hansıdır? Ukrayna xalqı? Nə Donbas sakinlərinə, nə də Ukraynalıların özlərinə acımır. O, hamını məhv edir, amma Rusiya xalqı nədənsə bunu görmür və görmək istəmir. Mənim Ukraynada qohumlarım var. Mən onları heç vaxt faşist, düşmən hesab etməyəcəyəm. Onlar hamı kimi insandır. Allaha dua edirəm ki, hər şey yaxşı olsun. Rusiya KİV-nə inanmıram”.

Moskvadan fəlsəfə professoru İvan Şatov (Turan-ın suallarını iki dəfə cavablandırıb) qonşuların torpaqlarını ələ keçirməklə bağlı Putinin proqramını onunla izah edir ki, Sibirdə və Uzaq Şərqdə mənimsənilməmiş nəhəng məkanların inkişafa ehtiyacı var, bu isə bahalı proqramdır. Qonşulardan pis olanları götürmək daha asandır. Daha sonra yeni ərazilərin mənimsənilməsi üçün dövlət sifarişlərini dostlara təqdim etmək, üstəlik, ələ keçirilmə prosesində hər şey dağıdılacaq və bərpa etməyə bir şey olunacaq.

Ancaq aydındır ki, çağdaş dünyada bu, belə işləmir – başqa ölkələr etiraz edəcəklər. Amma “beynəlxalq hüquq zəifləri sıxışdırmaq üçün güclülərin müəyyən etdikləri qaydalardır. Sizin bu hüququnuz bizə fərman deyil- indi biz özümüz güclüyük və öz qaydalarımızı müəyyən edəcəyik deyib”, onlara, sadəcə, məhəl qoymamaq olar.

Görünür, bu cür dövlətçilik növü sadədir. Burada ekspansiya – modus vivendi, mövcudluq metodudur.. Əgər bu ekspansiya üçün xarici hədd müəyyən edilibsə, onda dövlət mövcud resursları elita daxilində yenidən bölüşdürməklə və inciklər ordusu yaratmaqla özü- özünü məhv etməyə başlayır. Onlar gec-tez revanşa, vətəndaş müharibəsinə təhrik etməyə çalışacaqlar”.

Şatov Rusiya “reket dövləti”ndə inkişaf görmür. ” Təəccüblü odur ki, belə dövlətdə heç bir inkişaf ola bilməz və ehtiyatların artımı yalnız xarici ekspansiya nəticəsində baş verə bilər”, – Şatov qeyd edib.

“Kommersant.ru”da məqalənin müəllifi Dmitri Drize eyni çıxışında Putinin ikinci siqnalını təhlil edib: Rusiya Federasiyasının iqtisadiyyatı açıq olacaq, ölkə Sovet İttifaqının səhvlərini – eyni şeyləri etmək və “dəmir pərdələr çəkmək”- təkrar etməyəcək

“Burada da müəyyən suallar yaranır, çünki bəlkə də biz gizlətmirik, amma bizdən gizlədirlər. Qoy, Qərb peşman olsun, bəs biz necə olacağıq? Bu, prinsipcə yeni vəziyyətdir. Dəmir pərdə özü-özlüyündə bizim istəyimizdən asılı olmayaraq çəkilir”, – Drize fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button