Cəmiyyət

Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəldi – Fotolar

Quba rayonunun Zərdabi qəsəbəsindən olan Vətən Müharibəsi şəhidi Məhəmmədov Musa Bəhram oğlunun valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində Musa və Alisa adlı əkizlər dünyaya gəlib.

Bu barədə Quba Rayon İcra Hakimiyyəti məlumat paylaşıb.

Qeyd edək ki, Musa Məhəmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında, Göranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, “Cəngavər” döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Bənzər yazılar

Back to top button