Dünya

Oskar almış ən yaşlı aktrisa vəfat etdi

Hollivudun qızıl dövrünün həyatda olan son qadın ulduzu hesab edilən Olivia de Havilland 104 yaşında Parisdə dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, 1916-cı ildə Tokioda doğulan ingilis aktrisa 50 ildən uzun müddət ərzində 50 filmdə rol alıb. Havilland ölümündən öncə Oskar almış ən yaşlı aktrisa titulunun da sahibi idi.

O, daha çox 1939-cu ildə çəkilmiş “Gone with the Wind” (“Külək kimi keçdi”) filmində canlandırdığı Melaniya Hamilton obrazı ilə məşhurlaşıb. İlk dəfə bu filmdə 5 dəfə Oskara namizəd göstərilən aktrisa 2 dəfə bu mükafatı qazanıb.

Havillanda Ən Yaxşı Aktrisa nominasiyası üzrə Oskar qazandıran isə “To Each His Own” (1946) və “The Heiress” (1949) filmləri olub.

Aktrisa eyni zamanda Hollivudda həmkarlarının daha yaxşı sazişlər imzalamaları üçün mübarizə aparması ilə də tanınırdı.

Bənzər yazılar

Back to top button