İdman

Mourinyo “Roma”dan gedir

“Roma”nın baş məşqçisi Joze Mourinyo A seriyası təmsilçisindən ayrılmağa yaxındır.

Qol.az xəbər verir ki, bu barədə “Daily Trust” məlumat yayıb. 58 yaşlı mütəxəssisin Nigeriya millisini çalışdıracağı gözlənilir. Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik isə məsələ ilə əlaqədar açıqlamasında deyib.

“Aramızda dialoq olub. İdman naziri də Mourinyo ilə danışıb. Bunda qəbahət yoxdur”.

Qeyd edək ki, Joze Mourinyo “Roma”ya mayın 4-dən baş məşqçilik edir. Onun klubu ilə müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button