Bizim seçimDünya

Prezidentlik sorğusunda Ərdoğan İmamoğlunu geridə qoydu

İstanbul meri seçilməsi Əkrəm İmamoğlunun həm də Türkiyə prezidenti olması ehtimalını üzə çıxardı.

Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olmuş Muharrem İncənin onun haqda “2023-də namizədim” deməsi meri bir az da ön plana çıxarır.

Bizimyol.info xəbər verir ki, prezidentlik sorğusunda Ərdoğana faizə görə ən çox yaxınlaşan da İmamoğlu olub. “Ada Araşdırma”nın keçirdiyi sorğuda mer ikinci yeri tutub. Respondentlərin 28,6 faizi İmamoğlunu adını çəkib. Ərdoğan 39,1 faizlə sorğunu qalibi olub.

Sorğuda üçüncü pillədə Selahettin Demirtaş dayanır (8,0). Sonrakı yerləri Meral Akşener (6,8), Devlet Bahçeli (6,5), Ali Babacan (4,2), Ahmet Davutoğlu (2,3), Muharrem İncə (2,0), Kemal Kılıçdaroğlu (0,5) tutur.

Bənzər yazılar

Back to top button