DünyaManşetSiyasət

Ukraynanı vətənimiz kimi müdafiə etməliyik

Rusiyanın yeni imperiya iddialarının nə qədər təhlükəli olduğunu görə bilməyən cəmiyyətlər bu bəla ilə üzləşməli olacaqlar. Ukraynanın qurban verilməsi ilə Rusiyanın iştahasının təmin olunacağını güman edənlər faciəli şəkildə yanılırlar. Bunu Rusiya Dövlət Dumasında Qazaxıstanla bağlı müzakirədə səslənən fikirlər, prezident Vladimir Putinin mətbuat konfransındakı açıqlamaları da təsdiq edir.

Qazaxıstan parlamentinin reklam nişanlarının qazax dilində yazılmasını tənzimləyən qanun qəbul etməsi Rusiya Dövlət Dumasının deputatları tərəfindən süngü ilə qarşılanıb. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədr müavini Aleksandr Boroday belə deyib: “Mən Asiya təfəkkürü ilə yaxşı tanışam. Asiyada yalnız gücün dilindən anlayırlar. Bu gücü dərhal tətbiq etmək gərək olmasa da, tətbiq oluna biləcəyini nümayiş etdirmək lazımdır”. Parlamentin tribunasından səslənən çox aydın faşizm çağrışı olan bu fikir marginal rus şövinistinə aid sosial şəbəkə statusu deyil. Aleksandr Boroday Donbassdakı separatçı hərəkatın liderlərindən biri, bədnam “Donetsk Xalq Respublikası”nın başçısı olub. İndi isə onun hədəfi Qazaxıstandır.
Rusiya prezidenti Vladimir Putin isə mətbuat konfransında Baykonur kosmodromundaan birgə istifadə edilməsinin prespektivləri ilə bağlı sualı cavablandırarkən heç aidiyyatı olmadığı halda Qazaxıstanda rus dili məsələsinə keçird edərək, hikkə ilə Qazaxıstanı rusdilli ölkə elan etdi.

Bu gün hələlik Rusiya Azərbaycana sərt üzünü göstərmir. Ukrayna Azərbaycan da daxil olmaqla bütün postsovet respubikaları ilə Rusiya arasında səngərə çevrilib. Rusiya bu səngəri aşa bilmədiyi üçün digər respublikalara dəymir. Ona görə bütün postsovet respublikalarının vətəndaşları Ukraynanı öz vətənləri qoruduqları kimi müdafiə etməlidirlər.

Sovet İttifaqı Macarıstan üsyanın yatırmaq üçün bu ölkəyə qoşun yeridəndə estoniyalı Enn Tartonun cəmi 18 yaşı vardı. Həmyaşıdları ilə Gənc Eston Birliyin (Eesti Noorte Malev) yaradan Enn Tarto küçələrdə Macarıstan üsyanına dəstək vərəqələri paylayırdı. Enn Tarto və həmyaşıdları bununla bütün Avropada Estoniyanın azadlıq hərəkatına da böyük rəğbət yaratdılar. Enn Tartonun mübarizəsi öz xalqının azadlığı uğruda mübarizə aparan hər kəs üçün örnək olmalıdır.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button