Dünya

Bu il Rusiya vətəndaşlığını 670 minə yaxın əcnəbi qəbul etdi

Bu ilin 11 ayında Rusiya vətəndaşlığını qəbul edən xarici vətəndaşların sayı 667 939 nəfər təşkil edib ki. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 105 min nəfər çoxdur. Məlumatı “TASS” yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı da artıb. Belə ki, 2020-ci ilin 11 ayı ərzində 8 983 944 nəfər olubsa, cari ildə bu rəqəm 11 895 887 nəfər olub.

Eyni zamanda, Rusiyaya viza verilən ölkələrdən daha az əcnəbi gəlib. 2021-ci ilin yanvar-noyabr aylarında xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 183 157 min viza verilib. Halbu ki, 2020-ci ilin eyni dövründə bu rəqəm 206 mindən çox olub.

Sentyabrın sonunda Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova Rusiya vətəndaşlığına tələbin artdığını bəyan edib. Onun sözlərinə görə, Rusiya vətəndaşlığını almaq istəyənlərin əhəmiyyətli hissəsi Ukrayna, Belarus, Moldova və Qazaxıstan vətəndaşlarıdır.(virtualaz.org)

Bənzər yazılar

Back to top button