Cəmiyyət

Əli Əsədov nazirləri topladı: Qazla bağlı müzakirə

Yanvarın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib.

Nazirlər Kabinetindən AzToday.az-a verilən məlimata görə, iclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

İclasda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.

Bənzər yazılar

Back to top button