Siyasət

Cəlaloğludan Mehdiyevə cavab: “Onun agent olduğunu hamı bilir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev nəvəsinin toyu ilə bağlı yeni açıqlama yayıb.

Akademik bu dəfə onun barəsində tənqidi fikirlər səsləndirən deputatlara, qəzet redaktorları, partiya sədrlərinə səslənib və onları məhkəməyə verməklə təhdid edib.

R.Mehdiyevin çəkdiyi adlar içində yer alan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında fikrinin üstündə qalıb:

“Mən Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı heç nə deməmişəm. Onun Rusiya agenti olmasını Xalidə Əhmədova iki ay bundan qabaq “Bumeranq”da demişdi. Onun Rusiyanın agenti olduğunu Azərbaycanda hamı bilir. Nə şər atırıq ki, ona? Azərbaycan dövlətinin başına oyunlar açıb. Versin də məhkəməyə, lap yaxşı, maraqlı olar”.

Bənzər yazılar

Back to top button