GündəmManşetSiyasət

Separatçılardan Paşinyana ultimatum: Qarabağda hərbi gərginlik ola bilər

Dekabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanla onlayn müsahibə İrəvanla Qarabağ separatçıları arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub. Sonuncular Paşinyanın açıqlamalarını “milli maraqlara xəyanət” kimi qiymətləndirib və baş nazirin mövqeyi ilə razılaşmadıqlarını açıq şəkildə bildiriblər.

Narazılığın əsas səbəbi Paşinyanın Qarabağın Azərbaycanın tərkibində olması ehtimalı ilə bağlı açıqlamaları olub.

Bundan əlavə, o, bu bölgənin azərbaycanlı əhalisinin haqları və beynəlxalq ictimaiyyətin Qarabağın Azərbaycanın bir hissəsi olması olduğunu bildirib.

Daha sonra Paşinyan Qarabağın Azərbaycanın hissəsi kimi tanınması ilə faktiki razılaşdığını bildirdi.

Bir gün sonra Qarabağ separatçılarının və Ermənistan müxalifətinin liderləri bu bəyanatları yekdilliklə pisləyiblər. Separatçı liderlər Paşinyanın çıxışını “fəlakət” adlandıraraq, onların adından heç kimin danışa bilməyəcəyini qeyd ediblər.

“Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması bizim əsas istinad nöqtəmizdir və heç bir hökumət bu xəttdən kənara çıxa bilməz. Ona görə də Artsax xalqı və hakimiyyətləri heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcəklər”. Bunu Qarabağın “prezidenti” Arayik Arutyunyan deyib.

O, bəyanatında ermənilərlə azərbaycanlıların birgə yaşaması ehtimalını rədd edib, Qarabağın “işğal olunmuş ərazilərinin azad edilməsi” uğrunda döyüşməyə hazır olduğunu qeyd edib.

Oxşar üslubda Paşinyanın mövqeyi digər separatçı liderlər tərəfindən də tənqid edilib.

Beləliklə, Qarabağ erməniləri əslində Paşinyanın Əliyevlə danışıqlarda əldə etdiyi razılaşmaları yerinə yetirməkdən imtina ediblər.

Əliyevlə Paşinyan arasında dekabrın 28-də Sankt-Peterburqda gözlənilən görüşü nəzərə alsaq, yaxın günlərdə daha da kəskinləşmə gözlənilməlidir. Bu görüşdə Bakı ilə İrəvan arasında ki razılaşmalar təsdiqlənmlidir.

Bu, Ermənistanda, daha sonra cəbhədə növbəti gərginliyə səbəb ola bilər. Erməni tərəfinin razılaşmalardan imtina edəcəyi təqdirdə bu, Azərbaycanın əl-qolunu açacaq və ermənilərin təkcə sərhəddə deyil, Qarabağda da yeni ərazi itkiləri ilə nəticələnə bilər.(Turan)

Bənzər yazılar

Back to top button